Azərbaycan manatının real effektiv məzənnəsi noyabrda sabit qalıb

Azərbaycan manatının real effektiv məzənnəsi noyabrda sabit qalıb

Azərbaycan manatının real effektiv məzənnəsi 2018-ci il dekabrın 1-nə 98,9 bənd təşkil edib.

"Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, aylıq müqayisədə Real effektiv məzənnə dəyişməz qalıb.
Oktyabrın 1-i ilə müqayisədə isə bu göstəricidə 1,4 faiz bəndi azalma olub. 2017-ci ilin analoji dövründə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 4 faiz bəndi artıb.
Real effektiv məzənnənin bir qədər azalmasına səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dollarla müqayisədə cüzi möhkəmlənməsi amili göstərilir. Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə (74,2), maksimum səviyyəsi 2015-ci ilin yanvarında (153,1) qeydə alınıb. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də (87 bənd) olub.
Qeyd edək ki, real effektiv məzənnə – manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.
 
Aktual.az
Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR