Azərbaycan kərə yağı idxalını 20% azaldıb

Azərbaycan kərə yağı idxalını 20% azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 56,004 mln. ABŞ dolları dəyərində 9,561 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, məbləğ baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 757 min dollar (1,4%) çox, həcm baxımından isə illik müqayisədə 2,328 min ton (19,6%) azdır.
10 ay ərzində kərə yağı və süddən hazırlanmış digər yağlar məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,6%-ni təşkil edib.
 
Aktual.az
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR