Azərbaycan İranla ticarət dövriyyəsini 2,6 dəfə azaldıb

Azərbaycan İranla ticarət dövriyyəsini 2,6 dəfə azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan və İran İslam Respublikası arasında ümumi dəyəri 88,52 mln ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

Aktual.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 142,12 mln ABŞ dolları və yaxud 2,6 dəfə azdır.
Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 1,29%-nə bərabər olub.
Birinci rübdə Azərbaycanın İrana ixracının dəyəri 10,12 mln ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 888,84 ABŞ dolları və yaxud 8,07% azdır.
Azərbaycanın İrandan idxalının dəyəri isə 78,4 mln ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 141,23 mln ABŞ dolları və yaxud 2,8 dəfə azdır.
Azərbaycanın İran İslam Respublikasına ixracı ümumi ixracının 0,24%-nə, İrandan idxalı isə ümumi idxalının 2,97%-nə bərabər olub.
Xəbər 854 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR