Azərbaycan Çinin ən çox neft aldığı ölkələr arasında yer alıb

Azərbaycan Çinin ən çox neft aldığı ölkələr arasında yer alıb

Ötən ay Çin Azərbaycandan gündəlik 333,755 min barel həcmində xam neft alıb.

"Report” xəbər verir ki, may ayında Çinin neft idxalında Azərbaycan 9-cu sırada qərarlaşıb.Ötən ay Çinin ümumilikdə gündəlik neft idxalı 11,342 mln barel olub.
Qeyd edək ki, "Report”un əldə etdiyi məlumata görə, ilin beş ayında Çin SOCAR-dan 1 mln. 253 min 300 ton Azərbaycan nefti alıb. Azərbaycanın ümumi neft ixracında Çinin payı 14% olub. Bu müddətdə Çin Azərbaycan neftinin ikinci ən böyük alıcısı olub.
Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR