Azərbaycan hərbçisinin meyiti təmas xəttində tapılıb - RƏSMİ

Azərbaycan hərbçisinin meyiti təmas xəttində tapılıb - RƏSMİ

Müdafiə Nazirliyi Azərbaycanın ordusunun hərbçisinin meyitinin təmas xəttində tapılması barədə məlumat yayıb.
 
MN-dən Aktual.az-a daxil olan məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
 
Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.
 
Aktual.az
Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR