“Azərbaycan hansı qərarı verəcəksə, yanında olacağıq”    — Çavuşoğlu

“Azərbaycan hansı qərarı verəcəksə, yanında olacağıq”    — Çavuşoğlu

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq birliyin, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin səmimi şəkildə səy göstərməsi tələb olunur.

Aktual.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Biz bu məsələ ilə bağlı qətiyyətli mövqeyimizi ortaya qoyduq. Amma bunu da dedik ki, münaqişənin diplomatik yolla, beynəlxalq hüquq çərçivəsində həlli vacibdir. Lakin qardaş Azərbaycan hansı həll yoluna qərar verəcəksə, onun yanında olacağıq”, - deyə XİN rəhbəri qeyd edib.
Xəbər 673 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR