Azərbaycan hakerləri tərəfindən erməni saytları dağıdıldı (FOTOFAKT)

Azərbaycan hakerləri tərəfindən erməni saytları dağıdıldı (FOTOFAKT)

8 Noyabr Zəfər günü münasibətilə Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi "Qarabağ Azərbaycandır” və "Azərbaycan müharibəyə və qan tökülməsinə qarşıdır” fikirləri yerləşdirilib.

Bu barədə "Azerbaijan Cyber Army” Telegram kanalında qeyd olunub. 

"Bizə Zəfər günü yaşadan şəhidlərimizin hər birinin qarşısında baş əyir və onlara Allahdan rəhmət diləyirik! 

Zəfər günü münasibətilə bir sıra erməni saytlarına tərəfimizdən od qoyulmuşdur! Bayramınız mübarək!”,- deyə paylaşımda qeyd olunub. /bizim.media
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR