Azərbaycan Gürcüstandan avtomobil idxalını 5 dəfə artırıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını 5 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 4 754 ədəd avtomobil idxal edib.


Bu barədə "Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika Xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycana ixrac olunmuş avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin ümumi dəyəri 84 471,6 min ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 3,3 dəfə çoxdur. 

 
Aktual.az
Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR