"Azərbaycan fərqli fikir sərgiləsə, sülhməramlıların fəaliyyətinə son veriləcək”


"Biz hədəfimizə çatmışıq. Hədəfimiz torpaq bütövlüyümüzü bərpa etmək idi və buna nail olduq. Hərbi qələbə qazandıq, torpaqlarımızı danışıqlar yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Düşməndən intiqamımızı döyüş meydanında aldıq”. 

Aktual.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib:

"Əcnəbi əsgərlərə gəldikdə, onların Azərbaycan ərazisində fəaliyyəti müvəqqəti xarakter daşıyır.

Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiyalı hərbçilər burada sülhməramlı missiyanı icra edirlər və hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Ara-sıra müəyyən problemlər üzə çıxır, amma ümumilikdə Rusiya sülhməramlılarının fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti beş il müddətinə nəzərdə tutulub. Əgər beş ildən sonra Azərbaycan bu məsələdə fərqli fikir sərgiləsə, o zaman əlbəttə ki, onların fəaliyyətinə son veriləcək”.
Xəbər 130 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR