Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasındadır

Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasındadır

Azərbaycan "Doing Business 2020” reytinqində islahatçı ölkələrin Top 20-nə daxil edilib.

"Report” Dünya Bankının bu gün dərc olunmuş illik məruzəsinə əsasən xəbər verir ki, "biznesə başlamaq” indikatoru üzrə bu il ötən ilki 9-cu yerdə qalan Azərbaycan "kredit almaq” indikatorunda müvafiq olaraq 22-ci yerdən 1-ci yerədək, "tikintiyə icazə almaq” indikatorunda da 61-ci yerdən 59-cu yerədək irəliləyib.
Bununla yanaşı, Azərbaycan "müqavilələrin icrasına təminat” indikatoru üzrə 28-ci yerdə, "vergitutma” indikatorunda 40-cı yerdə, "mülkiyyətin qeydiyyatı” indikatorunda 44-cü yerdə, "müflisləşmə prosedurunun sadəliyi” indikatorunda 47-ci yerdə, "elektrik şəbəkəyə qoşulma” indikatorunda 80-ci yerdə, "beynəlxalq ticarət” indikatorunda 83-cü yerdə, "kiçik sərmayədarların qorunması” indikatoru üzrə isə 105-ciyerdə qərarlaşıb.
Bütövlükdə isə Azərbaycanın 190 ölkə arasında 34-cü yer tutduğu "Doing Business 2020” reytinqində ilk iki yerdə ötən il olduğu kimi Yeni Zelandiya və Sinqapur qərarlaşıb. Üçüncü yerdə 3 il dalbadal davam gətirən Honkonqu bu dəfə Danimarka əvəzləyərək 4-cü pilləyə salıb. İlk 10-luqda həmçinin Cənubi Koreya, ABŞ, Gürcüstan, Böyük Britaniya, Norveç, İsveç yer alıb.
Bütövlükdə 115 ölkədə özəl sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədi ilə 294 islahatın həyata keçirildiyi göstərilir.
Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR