“Azərbaycan Dəmir Yolları” ötən il büdcəyə 9 milyon manata yaxın vəsait ödəyib

“Azərbaycan Dəmir Yolları” ötən il büdcəyə 9 milyon manata yaxın vəsait ödəyib

2019-cu ildə Azərbaycan dövlət büdcəsinə sair daxilolmalar 78 milyon manat proqnoza qarşı 129,3 milyon manat təşkil edib.

Aktual.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, daxil olan vəsaitin 30,5 milyon manatını ilin sonuna istifadə olunmamış xəzinə qalıqları üzrə daxilolmalar, 18,7 milyon manatını dövlət büdcəsinə köçürülmüş valyuta qalıqları, 9,7 milyon manatını Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin istifadə etmədiyi vəsaitin geri qaytarılmasına görə daxilolmalar, 8,8 milyon manatını "Azərbaycan Dəmir Yolları” QSC-dən daxilolmalar, 8,1 milyon manatını cərimələrdən daxilolmalar, 5 milyon manatını Xarici İşlər Nazirliyindən daxilolmalar, 5,1 milyon manatını dövlət büdcəsindən verilmiş kreditlərdən daxilolmalar, 1,1 milyon manatını xəzinə qalığının (sərbəst qalıq vəsaitlərinin) idarə edilməsindən daxilolmalar, 42,3 milyon manatını digər daxilolmalar təşkil edib.
Xəbər 594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR