Azərbaycan daha bir ölkəyə xurma ixrac etməyə hazırlaşır

Azərbaycan daha bir ölkəyə xurma ixrac etməyə hazırlaşır

 "Azərbaycan Polşaya xurma ixrac etmək niyyətindədir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Qədir Yusifov deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır. 
"İndiyə qədər Azərbaycan MDB ölkələrindən Rusiya, Ukrayna və Qazaxıstana, eləcə də bir sıra ərəb ölkələrinə xurma ixrac edib. Xüsusilə son 1 ayda Rusiya və Ukrayna bazarınlarına davamlı şəkildə xurma ixracı həyata keçirilib. Son 2 ay üzrə isə ixracın həcmi 20 min ton təşkil edib", - assosiasiya sədri əlavə edib. 
 
Aktual.az
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR