Azərbaycan bank sektoru son 1 ildə 5% böyüyüb

Azərbaycan bank sektoru son 1 ildə 5% böyüyüb

 Bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 29 602,9 milyon manat təşkil edib.

Aktual.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu., ötən il fevralın 1-i ilə müqayisədə 5,1% çoxdur.
Bankların aktivlərinin 11 056,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 13,3% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 34,65%-dən 37,35%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 4,6% artaraq 25 485,6 milyon manata, o cümlədən depozit portfeli 9,65% artaraq 18 547,4 milyon manata çatıb. Bunun 7 980,7 milyon manatı fiziki, 10 566,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 6,7%, şirkətlərin banklardakı vəsaitləri isə 12% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 26,35% azalaraq 369,5 milyon manata düşüb.
Sektorun cəmi kapitalı isə 8,3% artaraq 4 117,3 milyon manata çatıb. 
Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR