Azərbaycan alimləri yeni velosiped ixtira etdilər

Azərbaycan alimləri yeni velosiped ixtira etdilər

Bu, alimlərin iki təkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işidir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və "Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped ixtira ediblər.
İnstitutdan verilən məlumata görə, bu, Azərbaycanın ixtiraçı alimlərinin iki təkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işidir.
Sözügedən velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir.
Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi ixtira şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.
Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR