Azərbaycan 600 kilometr məsafədə hədəfi müəyyən edən silah aldı

Azərbaycan 600 kilometr məsafədə hədəfi müəyyən edən silah aldı

Ukrayna Azərbaycan Ordusunun arsenalındakı "Kolçuqa” komplekslərini təmir və modernləşdirib.
 
Aktual.az xəbər verir ki, "Kolçuqa” avtomatlaşdırılmış radiotexniki kəşfiyyat sistemidir.

Passiv radiolokasiya stansiyası 600 kilometr məsafəyə qədər yerüstü hədəfləri müəyyən etməyə və izləməyə imkan verir. "Kolçuqa” sistemləri həmçinin, 10 kilometr hündürlükdəki hədəfləri də müəyyən etmək qabiliyyətinə malikdir.

Aktiv şüalanması olmadığı üçün "Kolçuqa” sistemlərinin düşmənin radioelektron mübarizə vasitələri tərəfindən aşkar olunması ehtimalı çox aşağıdır.(modern.az)
Xəbər 506 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR