Azərbaycan 4 ölkəyə qızılgül yağı ixrac etməyə hazırlaşır

Azərbaycan 4 ölkəyə qızılgül yağı ixrac etməyə hazırlaşır

Azərbaycan xaricə qızılgül yağı ixrac edəcək.

Aktual.az bildirir ki, bu barədə özəl olaraq Trend-də "Azərrose" Məhdud Məsuliyyətli Cəmiyyətdən məlumat verilib.
Məlumata görə, şirkət xaricə qızılgül yağı ixrac etmək üçün danışıqlar aparır: "Artıq danışıqlar yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın vaxtlarda danışıqlar yekunlaşacaq və yağ ixracına başlayacağıq".
Şirkətdən bildiriblər ki, hazırda Fransa, İsveçrə, Almaniya və Bavariyaya qızılgül yağı və lavanda yağı ixrac etmək üçün danışıqlar aparılır. Şirkətdən qeyd ediblər ki, həmin yağları "Made in Azerbaijan" brendi altında, "Roseoil" və "Lavandoil" adı ilə ixrac edəcəklər.
Xəbər 31 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR