Azərbaycan 3 ölkəyə polietilen örtüklər ixrac edə bilər

Azərbaycan 3 ölkəyə polietilen örtüklər ixrac edə bilər

"Azərbaycan Rusiya, Özbəkistan və Qazaxıstana polietilen örtüklər ixrac edə bilər".

"Report " xəbər ki yeni, bunu Abşeron rayon, Məhəmmədi kəndində "Green Plast” adlı polietilen örtük istehsalı müəssisəsinin rəhbəri Bəxtiyar Nağıyev bildirib.
Onun sözlərinə görə, ölkədə fəaliyyətə başlayacaq müəssisə ildə 7 min ton polietilen örtüklər istehsal edəcək: "Azərbaycanda polietilen örtüklərə tələbat ildə 3 - 3,5 min tondur. Özbəkistan, Qazaxıstan bazarlarında nümayəndəliklərimiz var və məhsulun bu bazarlara çıxarılması ilə bağlı danışıqlar aparılır".
B.Nağıyev vurğulayıb ki, qarşıdakı on gün ərzində məhsullar bazara çıxarılacaq: "Müəssisə artıq test rejimində fəaliyyətə başlayıb".
Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR