Azərbaycan 18 ədəd minatəmizləmə maşını aldı

Azərbaycan 18 ədəd minatəmizləmə maşını aldı

Keçən il 18 ədəd minatəmizləmə maşını almışıq.

Aktual.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş "Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu ilin axırına qədər və ya gələn yanvar ayı ərzində daha bir ədəd maşın alınacaq və bununla bağlı müqavilə mövcuddur.

"Gələn ilə dair büdcə planları hələ təsdiq olunmadığı üçün nə qədər avadanlıq alınacağı barədə demək çətindir.

Biz minatəmizləmə maşınlarını daha çox iki ölkədən, Slovakiya və Xorvatiyadan gətirirk, çünki bu maşınlardan uzun müddətdir istifadə edirik və onlarla işləmək əməkdaşlarımız üçün daha rahatdır. Eyni zamanda, həmin maşınların servisini və təmirini də özümüz edə bilirik”, - deyə o əlavə edi
Xəbər 666 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR