AZAL-ın təyyarəsinin pəncərəsinin sınması uçuşu 12 saat ləngidib

AZAL-ın təyyarəsinin pəncərəsinin sınması uçuşu 12 saat ləngidib

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən günsaat 13:20-də,"J2 076” reysi üzrəTürkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb.


"Report"un əldə etdiyi məlumata görə, buna səbəb təyyarənin pəncərəsinin sınması olub.

Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-dəHeydər ƏliyevBeynəlxalq Aeroportuna enib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "Report”a faktı təsdiq edib.

Xatırladaq ki, "J2 076” reysi üzrə uçuşlar "Airbus A340-500” markalıtəyyarələrilə həyata keçirilir.

Xəbər 83 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR