AZAL-ın biletləri baha satması növbəti dəfə tənqid olundu

AZAL-ın biletləri baha satması növbəti dəfə tənqid olundu

Azərbaycanda artıq uzun illərdir ki, AZAL aviaşirkətinin biletlərinin baha olması müzakirə olunmaqdadır. "Qafqazinfo" xəbər verir ki, biletlərin baha olmasına görə dəfələrlə müxtəlif səviyyələrdə AZAL rəhbərliyi sərt tənqid edilib. Şirkətin inhisarçı mövqeyi sərnişinlərin cibinə ziyan vurur. 

Koronavirus pandemiyasının yayılmasından sonra isə bilet qiymətlər daha da artıb. İstər xarici ölkədə yaşayan Azərbaycan vətəndaşları, istərsə də yerli vətəndaşlar bu bahalığa görə  AZAL-la uçuş edə bilmədiklərini deyirlər. 

İqtisadçı ekspert  Natiq Cəfərli də bu günlərdə qiymətlərlə bağlı eksperiment apardığını sosial şəbəkədə bildirib. O qeyd edib ki, müqayisə üçün  təsadüfi tarixlər seçib:

"5  apreldə İstanbula, 8-də isə geriyə bilet qiymətlərinə baxdım. Bakıdan uçası olsam, həmin tarixlərə görə ən ucuz biletə 446 dollar ödəməliyəm. Eyni tarixlərə, eyni marşrut üzrə uçuş Tbilisidən 146 dollara, Kiyevdən 193 dollara, Moskvadan isə 245 dollara başa gəlir. Hörmətli AZAL əhli, siz inhisarçı, özbaşına, nəzarətsiz fəaliyyət göstərməyinizə görə Azərbaycan vətəndaşı niyə ərtaf ölkə vətəndaşlarından daha çox pul ödəməlidir?! Bu nə deməkdir? Nə ilə izah edilir? Yaxşı, bu qədər baha bilet sataraq necə olur ki, AZAL hələ ziyanla işləyir, büdcədən dotasiya da alır?!". 
 
Xəbər 58 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR