AZAL-ın Bakı-İstanbul reysi ləğv olunub

AZAL-ın Bakı-İstanbul reysi ləğv olunub

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 09:10-da Bakıdan Türkiyənin İstanbul şəhərinə yerinə yetirməli olduğu J2 177 reysi ləğv olunub.
Bu barədə "Report”a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Məlumata görə, həmin aviareysin sərnişinləri İstanbula AZAL-ın bu gün saat 11:50-də həyata keçirəcəyi J2 175 reysi ilə yola salınacaq.
Bununla belə, hava limanından uçuşun hansı səbəbdən baş tutmadığı açıqlanmayıb.
AZAL-dan isə "Report”a bildirilib ki, sözügedən aviareys sərnişinlərin sayının az olması ilə əlaqədar ləğv edilib.
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR