AZAL hüquq - mühafizə orqanlarına müraciət etdi (VİDEO)


"Azərbaycan Hava Yolları” QSC onların adından istifadə edərək fırıldaqçılıq edənlərlə bağlı hüquq - mühafizə orqanlarına müraciət edib.

HİT.az xəbər verir ki, bu barədə Baku TV-yə "AZAL”ın nümayəndəsi Nərmin Xəlilova bildirib.

O qeyd edib ki, fırıldaqçılar özlərini insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə veriblər: "Onlar insanları işə qəbulla bağlı bank kartlarına müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırırıblar. Bildirim ki aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmır. "AZAL” QSC öz növbəsində fırıldaqçılıq faktının araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edib”.

Aviaşirkət həmçinin, ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırıb.


Xəbər 1085 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR