AZAL Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət edib

AZAL Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət edib

"Azərbaycan Hava Yolları” QSC Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət edib.

QSC-dən bildirilib ki, hava gəmisinə yalnız reysin uçuşundan 48 saat əvvəl alınmış koronavirus (COVID-19) testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılır. Arayış rus və ya ingilis dillərində təqdim edilməlidir. Həmçinin notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi ilə Azərbaycan dilində arayışın təqdim olunmasına icazə verilir.

Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: //www.azal.az/az/information/covid-clinics

Xatırladaq ki, AZAL bu gündən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayıb. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri "Domodedovo” hava limanına yerinə yetiriləcək.

Fevralın 18-dən isə "Aeroflot” aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır ("Şeremetyevo” hava limanı). Uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək.
Xəbər 3755 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR