Azad edilmiş ərazilərdə 56 mina aşkarlandı

Azad edilmiş ərazilərdə 56 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Aktual.az-a daxil olan məlumatda bildirilir ki, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 147 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Məlumatda qeyd olunub ki, bu günə qədər 774 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR