Azad edilən ərazilərə gətirilən xammallara görə gömrük rüsumu ləğv edilə bilər

Azad edilən ərazilərə gətirilən xammallara görə gömrük rüsumu ləğv edilə bilər

İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən istehsalçılar üçün imtiyazlar təklif olunacaq.

Aktual.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyi rəhbərinin müavini Elxan Şiriyev deyib.

Onun sözlərinə görə, söhbət işğaldan azad edilən ərazilərə gətirilən xammalların gömrük rüsumundan azad olunmasından gedir.

"Bunlar quruculuq işlərinin aparılmasında və istehsal müəssisələrin yaradılmasında istifadəsi nəzərdə tutulan məhsullardır. Bu gətirilən məhsulları daha rəqabətqabiliyyətli edəcək. Burada da əsas məqsəd sahibkarların fokusunu işğaldan azad olunan ərazilərə yönəltməkdir”, - deyə Elxan Şiriyev qeyd edib.

Agentliyin rəhbərinin müavini yeni güzəştlər paketinin yaxın bir il – il yarım ərzində təqdim olunacağını istisna etməyib.
Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR