Çavuşoğlu Lavrovla Qarabağ məsələsini müzakirə edəcək

Çavuşoğlu Lavrovla Qarabağ məsələsini müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçiyə işgüzar səfər edəcək.
"Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, səfər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacaq.
Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı məsələləri, həmçinin aktual regional məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsi və birgə monitorinq mərkəzinin yaradılması məsələsi müzakirə ediləcək.
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR