Çavuşoğlu İŞİD-lə mübarizəyə həsr olunmuş iclasa qatılacaq

Çavuşoğlu İŞİD-lə mübarizəyə həsr olunmuş iclasa qatılacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 11-də Mərakeşdə keçiriləcək İŞİD-lə Mübarizəyə dair Beynəlxalq Koalisiyanın XİN rəhbərlərinin iclasına qatılacaq.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

İclasda Suriya və İraqda İŞİD-lə mübarizədə davam edən səylər nəzərdən keçiriləcək, Əfqanıstan və Afrikada son vaxtlar artan İŞİD varlığı ilə bağlı mövcud vəziyyət müzakirə olunacaq.

Bundan əlavə, nazir Çavuşoğlunun iclas çərçivəsində ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.
Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR