Çavuşoğlu: “Bəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil”

Çavuşoğlu: “Bəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil”
  • DÜNYA

"Bəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil”.
Aktual.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Romada keçirilən konfransda deyib.
"Biz müharibənin davam etdirilməsinin tərəfdarı olan bəzi müttəfiqlərimizi Ukraynanı Rusiya ilə danışıqlar masası arxasına oturtmağa inandırmalıyıq”, - o bildirib.
Eyni zamanda, Çavuşoğlu Ukrayna və Rusiya nümayəndələrinin Antalya və İstanbulda görüşdüyü mart ayı ilə müqayisədə indi bunu etməyin daha çətin olacağını etiraf edib.


Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR