Avtobuslarda və dayanacaqlarda maskadan istifadə məcburi oldu

Avtobuslarda və dayanacaqlarda maskadan istifadə məcburi oldu

Azərbaycanın Baş Naziri Əli Əsədovxüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb.
Bu barədə Aktual.az-a  Nazirlər Kabinetindən məlumat verilib. 
Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə qoruyucu tibbi maskaların taxılması məcburidir. 
Qərar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) də keçərlidir. 
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR