Avropanın bütün ölkələrində koronavirus aşkarlandı

Avropanın bütün ölkələrində koronavirus aşkarlandı

COVİD-19 virusu Avropanın bütün ölkələrində qeydə alınıb.

"Report” xarici mətbuata istinadla xəbər verir ki, martın 17-də axşam Monteneqroda da koronavirusa iki yoluxma qeydə alınıb.
Ölkənin baş naziri Duşko Markoviçin sözlərinə görə, virus xaricdən qayıtmış 1948 və 1973-cü il təvəllüdlü qadınlarda aşkarlanıb.
Qeyd edək ki, ilk dəfə Çinin mərkəzində 2019-cu ilin sonunda aşkarlanmış koronavirus 130-dan çox ölkədə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı onu pandemiya kimi tanıyıb.
Son məlumatlara görə, dünyada 180 mindən çox insan COVİD-19-a yoluxub, təxminən 7 min nəfər koronavirusun qurbanı olub.
Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR