Avropalı deputatlar çağırış etdilər: “Vaqner” terror təşkilatı kimi tanınsın”

Avropalı deputatlar çağırış etdilər: “Vaqner” terror təşkilatı kimi tanınsın”
  • DÜNYA

Avropa Parlamenti "Vaqner” özəl hərbi şirkətinin terror təşkilatı kimi tanınması ideyasını müzakirə edir.
"Vaqner”in döyüşçüləri Ukrayna müharibəsində iştirak edir.
Avropa Parlamentinin deputatları "Vaqner”in terror təşkilatı kimi tanınmasına çağırıblar. Həmçinin "Vaqner” döyüşçülərinin Ukraynadan başqa, Suriya və Mərkəzi Afrika Respublikasındakı döyüşlərdə də iştirak etdikləri qeyd edilib.
Eyni zamanda, noyabr ayında Britaniyanın "McCue Jury & Partners” hüquq şirkətinin "Vaqner”i məsuliyyətə cəlb etməyi planlaşdırdığı barədə məlumatlar ortaya çıxıb. Bildirilib ki, şirkət həmçinin Ukraynanın məhv edilməsində iştirakına görə dəymiş ziyanı "Vaqner”ə ödətmək niyyətindədir.

Xəbər 164 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR