Avropada hər il bu xəstəlikdən 170 min insan həyatını itirir

Avropada hər il bu xəstəlikdən 170 min insan həyatını itirir
  • DÜNYA

Avropa ölkələrində hər il viruslu hepatitlərdən 170 min insan həyatını itirir


Gürcüstanda Dünya Səhiyyə Təşkilatının (DST) himayədarlığı ilə ictimai səhiyyə sahəsində ciddi təhlükə olan viruslu hepatitlərlə mübarizəyə həsr edilmiş ilk regional görüş başlayıb.

DST xəbər verir ki, təşkilatın Avropa bürosunun üzv ölkələrində hər il viruslu hepatitlərdən 170 min insan həyatını itirir.

Bu tendensiyanın qarşısını almaq məqsədilə DST-nin himayədarlığı ilə 2021-ci ilədək olan dövrdə regionda viruslu hepatitlərə qarşı mübarizə üzrə fəaliyyət planı işlənib hazırlanıb. Təşkilatın fevralın 11-dən 13-dək keçirilən Tbilisi görüşünün iştirakçıları bu planın icrası istiqamətində əsas nailiyyətləri və çətinlikləri müzakirə edəcəklər. Onlar epidemioloji nəzarət və profilaktika, testləşdirilmə, laborator potensialının möhkəmləndirilməsi, diaqnostika və müalicədən istifadənin yaxşılaşdırılması məsələlərini gözdən keçirəcəklər.

DST-də xatırladırlar ki, bu yaxınlaradək viruslu hepatitlər ictimai sağlamlıq üçün lazımi diqqətin ayrılmadığı qlobal təhlükədir. DST-nin Avropa regionunda ən azı 15 milyon nəfər hepatit B virusunun əmələ gətirdiyi infeksiya ilə, 14 milyon insan isə hepatit C virusunun yaratdığı xroniki infeksiya ilə yaşayır. Bundan başqa, hər il regionda viruslu hepatitlərdən təxminən 171 min insan həyatdan köçür.

DST-nin Avropa bölməsinin tərkibinə Avropa qitəsi dövlətlərindən əlavə Mərkəzi Asiya və İsrail də aid olmaqla 53 ölkə daxildir.(AZƏRTAC)

Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR