Avropa Parlamentinin rəhbəri vəfat etdi

Avropa Parlamentinin rəhbəri vəfat etdi
  • DÜNYA

Avropa Parlamentinin prezidenti, tanınmış siyasətçi və jurnalist David Sassoli vəfat edib.

Aktual.az xəbər verir ki, o, İtaliyada 66 yaşında dünyasını dəyişib. David Sassolinin mətbuat katibi xəbəri təsdiqləyib. İlkin məlumata görə, Avropa Parlamenti rəhbərinin ölümünə immun sistemi pozğunluğu səbəb olub.

Sassolinin mətbuat katibi Roberto Kuilyo Avropa Parlamentinin prezidentinin İtaliyanın Aviano şəhərində, yerləşdirildiyi Onkologiya Mərkəzində yerli vaxtla saat 01:15-də (Bakı vaxtı ilə saat 04:15-də-red) vəfat etdiyini bildirib. O, qeyd edib ki, Sassolinin dəfn mərasininin vaxtı yaxın saatlarda açıqlanacaq.

Kuilyo bazar ertəsi Sassolinin immun sistemi pozğunluğu ilə əlaqədar dekabrın 26-da İtaliyada xəstəxanaya yerləşdirildiyini bildirib.

Keçmiş televiziya jurnalisti Sassoli ilk dəfə 2009-cu ildə Avropa Parlamentinin deputatı seçilmiş, 2019-cu ildən isə quruma rəhbərlik edirdi.

Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR