Avropa ölkələri İranla bağlı bəyanat verib

Avropa ölkələri İranla bağlı bəyanat verib

"İranın Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəlikləri ilə bağlı dünən etdiyi açıqlamadan daha çox narahat olduğumuzu qeyd edirik”.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bu, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Almaniyanın xarici işlər naziri Heiko Maas, Böyük Britaniyanın XİN başçısı Ceremi Hunt və Fransanın xarici işlər naziri Jan-İves Le Drianın İran prezidenti Həsən Ruhaninin mayın 8-də açıqladığı qərarla bağlı birgə bəyanatında vurğulanıb.
"İrana nüvə müqaviləsinin öhdəliklərini yerinə yetirməkdə davam etməyə və gərginliyi artırmaqdan çəkinməyə çağırırıq. Hər cür ultimatumu rədd edirik. İranın öhdəliklərini yerinə yetirib yetirmədiyini isə nüvə müqaviləsi və nüvə silahının yayılmaması haqqında müqavilə çərçivəsində dəyərləndirəcəyik”, - bəyanatda bildirilib.
Qeyd edək ki, mayın 8-də İran prezidenti Həsən Ruhanı Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəliklərdən qısmən çıxadıqlarını bildirib.
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR