Avropa İttifaqının “Brexit” üzrə təcili sammiti noyabrın 25-də keçiriləcək

Avropa İttifaqının “Brexit” üzrə təcili sammiti noyabrın 25-də keçiriləcək
  • DÜNYA

Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının Böyük Britaniyanın Aİ-dən çıxmasına həsr olunmuş təcili sammiti noyabrın 25-də keçiriləcək.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının başçısı Donald Tusk Brüsseldə təşkil edilən mətbuat konfransında bildirib.
"Sammit notabrın 25-də, saat 09:30-da keçiriləcək”, – o deyib.
Qeyd edək ki, dünən Böyük Britaniya hökuməti "Brexit”in şərtləri ilə bağlı Avropa İttifaqı ilə saziş layihəsini təsdiqləyib.
 
Aktual.az
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR