Avropa İttifaqında ən aşağı minimal əməkhaqqı olan ölkə

Avropa İttifaqında ən aşağı minimal əməkhaqqı olan ölkə
  • DÜNYA

Bolqarıstan Avropa İttifaqında (Aİ) 286 avro ilə ən aşağı minimal əməkhaqqı olan ölkədir.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat Avropanın statistika agentliyinin (Avrostat) 2019-cu il yanvar məruzəsində yer alıb. Rumıniyada minimal əməkhaqqı 446 avrodur. Avrostatın məlumatına görə, Aİ ölkələrinin 9-da minimal əməkhaqqı ayda 400-600 avro civarında dəyişir. Bunların hamısı Şərqi Avropa ölkələridir. Məsələn, Çexiya və Slovakiyada bu rəqəm 519-520 avro təşkil edir. Cənubi Avropada isə minimal əməkhaqqı ayda 650 avrodan - 1100 avroya kimi dəyişir. Yunanıstanda 684 avro, İspaniyada isə bu rəqəm 1050 avroya bərabərdir.
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR