Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun

Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun
  • DÜNYA

"Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Ittifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib. O hesab edir ki, bununla ətraf mühitin çirklənməsinin qarşısı alınar:
"Mən istəmirəm ki, ətraf mühit plastik tullantılarla çirklənsin. Biz istəyirik ki, ictimaiyyətin məlumatlanmasını artıraq və onlar öz gündəlik həyatlarına nəzər yetirsinlər. Məsələn, mağazaya gedəndə bizə plastik torba verirlər. Biz ondan cəmi 15 dəqiqə istifadə edirik. Həmin torbalar yüz illərlə çürüyür. Biz istəyirik ki, plastik qablar əvəzinə tekstildən, kağızlardan, yəni çürüyə bilən materiallardan istifadə edilsin".
Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR