Avropa Gənclər Fondu ilə birgə “Gənclər zorakılığa qarşı” tədbirləri keçirildi – FOTO

Avropa Gənclər Fondu ilə birgə “Gənclər zorakılığa qarşı” tədbirləri keçirildi – FOTO

Gənclər üçün Təhsil Mərkəzi Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə cari ilin yanvar ayından başlayaraq ölkənin bir neçə bölgəsində "Gənclər zorakılığa qarşı” adlı layihəni icra etmişdir.

Bu günlərdə başa çatan layihə çərçivəsində gənclər arasında məişət zorakılığa qarşı maarifləndirici tədbirlər keçirilmiş, onlara zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində zəruri məlumatlar verilmişdir.

Maarifləndirmə tədbirləri çərçivəsində "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilmiş, gənclərlə fikir mübadilələri təşkil olunmuşdur.


Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR