“Avqustun 17-dən temperatur yüksələcək” – Baş hidroloq

“Avqustun 17-dən temperatur yüksələcək” – Baş hidroloq

"Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, avqustda mülayim küləkli hava şəraiti gözlənilir: "Bu ay cənub, cənub-şərq küləyi üstünlük təşkil edəcək. Temperatur nisbətən yüksələcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu ayın 15-i, 16-sı 30-35 dərəcə, 17-də isə 31-36 dərəcə arasında dəyişəcək”.
Baş hidroloq qeyd edib ki, avqustun 17-dən başlayaraq temperatur tədricən yüksələcək: "Avqustda kəskin istilər gözlənilmir. Havanın temperaturu 31-36 dərəcə arasında dəyişəcək”.
A.Verdiyev bildirib ki, arada küləkli hava şəraiti müşahidə olunsa da, güclü külək gözlənilmir.


Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR