Avqust-sentyabra qədər Xəzərin səviyyəsi 30-40 sm artacaq - Coğrafiya İnstitutu

Avqust-sentyabra qədər Xəzərin səviyyəsi 30-40 sm artacaq - Coğrafiya İnstitutu

Xəzər dənizində suyun səviyyəsi sürətlə aşağı düşür.

Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.

"Mövsümi olaraq avqust-sentyabra qədər suyun səviyyəsinin 30-40 santimetr artması gözlənilir. Lakin bu, o demək deyil ki, tərsinə proses gedir. Bu, mövsümi dəyişmədir. Yanvarda yenə səviyyə aşağı düşəndə, biz ötən illərlə müqayisədə azalmanın hansı səviyyədə getdiyini müşahidə edəcəyik. Bu gün təkcə Azərbaycan alimləri deyil, bütün dünya Xəzərin suyunun nə üçün azalması ilə bağlı araşdırmalar aparır, bunun qarşısını almağın yollarını axtarırlar. Apardığımız tədqiqatlar göstərir ki, Volqa çayında son 5-6 il ərzində suyun səviyyəsi antropogen amillərlə əlaqədar xeyli azalıb. Bu da Xəzərdə səviyyənin aşağı düşməsinə səbəb olur. Həmçinin buxarlanmalar, Ayla əlaqədar qabarma-çəkilmələr də prosesə öz təsirini göstərir. Ümumilikdə, bütün proqnozlar göstərir ki, yaxın gələcəkdə də Xəzərdə suyun səviyyəsi azalmaqda davam edəcək”, - şöbə müdiri vurğulayıb.

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR