Auditorlar Palatası ötən il 7 auditoru bazardan kənarlaşdırıb

Auditorlar Palatası ötən il 7 auditoru bazardan kənarlaşdırıb

Auditorlar Palatası 2018-ci ildə 22 sərbəst auditora və 46 auditor təşkilatına müvafiq icazə verib, o cümlədən 5 sərbəst auditorun və 18 auditor təşkilatının icazəsinin müddətini uzadıb.

"Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bundan başqa 4 sərbəst auditorun və 3 auditor təşkilatının fəaliyyəti dayandırılıb.
Beləliklə, ötən il 59 sərbəst auditorun, 100 auditor təşkilatının (o cümlədən 2 xarici auditor təşkilatının filial və nümayəndəliyinin, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən 20 auditor təşkilatının) fəaliyyət hüququ olub.
Hesabat dövründə təsərrüfat subyektləri ilə 74 580 987 manat məbləğində 4 517 müqavilə bağlanılıb. Bu müqavilələrin xüsusi çəkisi böyük 4-lük üzrə sayına görə 14,7%, məbləğinə görə 55,2%, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə sayına görə 11,2%, məbləğinə görə 33,3%, yerli auditor təşkilatları üzrə sayına görə 40,8%, məbləğinə görə 7,05%, sərbəst auditorlar üzrə sayına görə 33,3%, məbləğinə görə 4,4% təşkil edib. 2017-ci ililə müqayisədə 2018-ci ildə bağlanmış müqavilələrin sayı 309 ədəd və yaxud 6,4% azalıb, məbləği isə 20 954 927 manat və yaxud 39,1% artıb.
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR