ATƏT rəhbəri Rusiyanı terror dövləti adlandırdı

ATƏT rəhbəri Rusiyanı terror dövləti adlandırdı

ATƏT-in sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Rusiyanın Ukraynada dinc əhaliyə qarşı endirdiyi zərbələri dövlət terroru adlandırıb. O, bəyan edib ki, rus qoşunları beynəlxalq müqavilələrlə qadağan olunmuş silahlardan istifadə edir.

Qaynarinfo "Amerikanın Səsi”nə istinadla xəbər verir ki, Zbiqnev Raunun sözlərinə görə, rus qoşunları ukraynalıların ruhunu sındırmaq üçün mülki əhaliyə və infrastruktura zərbələr endirməyə başlayıb.

"Bu, təəssüf doğuran, utancverici və dövlət terrorizminə bərabərdir. Məktəblərə, xəstəxanalara və uşaq bağçalarına beynəlxalq səviyyədə qadağan olunmuş silahlarla qəsdən hücum edilir", - ATƏT rəhbəri bildirib.

Diplomat Rusiyanı silahlı münaqişənin sülh yolu ilə həlli üçün dialoqa çağırıb. Rau həmçinin əlavə edib ki, o, Moskvanın beynəlxalq öhdəliklərini yerinə yetirməsini və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmasını gözləyir.

Xatırladaq ki, Rusiya qoşunları Ukraynaya hücumun ilk günündən beynəlxalq müqavilələrlə qadağan olunmuş kaset bombalarından istifadə edir.

Rusiya ilə Ukrayna arasında müharibə 20-ci gündür davam edir.
Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR