ATƏT PA-nın büro iclasında münaqişələrlə bağlı müzakirə

ATƏT PA-nın büro iclasında münaqişələrlə bağlı müzakirə

Dekabrın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Nazirlər Şurasının 24-cü iclası ərəfəsində qurumun Parlament Assambleyasının (ATƏT PA) büro iclası keçirilib.

İclasda ATƏT PA-nın 2018-ci il üçün fəaliyyət planı, qurumun qış və yay sessiyalarının gündəliyinə dair məsələlər və digər aktual mövzular müzakirəyə çıxarılıb.

İclasın gedişi ilə bağlı sualı cavablandıran Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib: "Qapalı keçirilən iclasda qəbul edilən qərarların şərh edilməsi məqsədəuyğun olmazdı. Lakin ümumi olaraq qeyd etmək olar ki, ATƏT PA-nın Bürosu münaqişələrlə bağlı beynəlxalq hüququn prinsipləri və qurumun 2015-ci ildə Helsinkidə qəbul etdiyi qətnaməyə və bəyannaməyə sadiqliyini nümayiş etdirdi. Bu cür həssas məsələlərdə Büro ikili standartları rədd edərək, dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, etnik separatizmə yox deyən vahid mövqe nümayiş etdirib. Bu, ATƏT PA-nın etibarlılığı və bütövlüyü baxımdan çox önəmlı qərar oldu”.
 
Aktual.az
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR