Atasının cənazəsini arvadı qapısından içəri qoymadı - FOTO

Atasının cənazəsini arvadı qapısından içəri qoymadı   - FOTO

Aşıq Mübariz əkiz övladları və digər ailə üzvləri ilə ilk dəfə kamera önünə keçib.

Aktual.az Gecce.az-a istinadən  xəbər verir ki, "Evdəkilərə salam" verlişinin heyətini bağ evində qonaq edən aşıq öncə aşpazlıq məharətini göstərərək, kabab bişirib.

Verlişin aparıcısı Aytəkin Mərdanova bildirib ki, əkiz olan oğlu və qızı ilə birlikdə çəkilişə davam edən aşıq Mübariz uşaqların ikinci evliliyindən olduğunu etiraf edib. İlk həyat yoldaşından daha iki övladı olan aşıq onlardan ata qayğısını əsirgəmədiyini bildirib. Birinci həyat yoldaşından boşanmasına gəlincə, bunun səbəbi eşidənləri təəccüb içində saxlayır. Bəlli olub ki, atası dünyasını dəyişəndə cənazə övladının evinə gətirilərkən, aşığın birinci xanımı qaynatasının nəşinin qapısından içəri keçməyəcəyini bildirib. Onun bu hərəkəti ailənin dağılmasına səbəb olub. Bu barədə aşıq Mübarizin anası danışıb. O, oğlunu özünün seçdiyi qızla ikinci dəfə evləndirib. 

Daha sonra ev sahibi sənət aləmindən söz açıb. O, Cavanşir Məmmədovla toylara getməyindən, Elxan Şirinovla yaxın sənət dostu olmağından danışıb. Çəkiliş zamanı Elxan Şirinov və Mənzurə Musayeva aşığın evində qonaq olublar.

Atasının

Atasının

Xəbər 3301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR