Ata ilə Ana Onu belə göndərmişdilər... Hunobadan başlanan şəhadət yolu

Ata ilə Ana Onu belə göndərmişdilər...   Hunobadan başlanan şəhadət yolu

ŞƏHİD NURƏDDİN EHTİMAT OĞLU MİRZƏYEV 1996 – cı ildə Yardımlı rayonunun HunOba kəndində dünyaya göz açıb. Uşaqlıq və gənclik illərini çətinliklə, zəhmətə qatlaşaraq keçirib. Uşaqlığından bəri həyatın hər üzünü gördüyündən əsl İnsan, Vətənpərvər bir gənc kimi formalaşmışdı. Orta məktəbi bitirdikdən sonra, 2015 – ci ilin yanvarında hərbi xidmətə çağrılır və könüllü olaraq snayperçi olmağı seçir. Milli Ordu sıralarında ön cəbhədə - Fizuli istiqamətində xidmətə başlayır, hər an düşmənlə üz-üzə dayanır...

2016-cı ilin aprel ayının 2-dən 3-nə keçən gecə cəbhənin Fizuli istiqamətində düşmən təxribatının qarşısını alarkan gedən şiddətli döyüşlərdə qəhrəmancasına ŞƏHİD olur!

NURƏDDİN sanki bunu öncədən duymuşdu; ŞƏHİD olmamışdan 2 həftə öncə qonşusu ilə telefonla danışır və ona “Sənə bir şey demək istəyirəm, amma heç kimə demə, mənə elə gəlir ki, qayıtmayacağam...” – deyir...

Aprelin ikisi qrup yoldaşlarım mənə cəbhədə gərginliyin olmasıyla bağlı xəbər verdilər, tez yaxınlıqdakı əmimi çağırıb, NURƏDDİN nə vaxt danışıb deyə soruşdum. Elə bu vaxt əmimin telofonu zəng çaldı və NURƏDDİNİN həyacanlı səsi eşidildi: “Ata, narahat olma, biz yaxşıyıq. İndi danışa bilmirəm. Hamıya məndən Salam de. Sağ ol...”

Deyilənə görə son anda, komandirinə: “Komandir, başıma nə isə dəydi, bir anlıq qardaşım gözümün qarşısına gəldi...” deyərək gözlərini əbədi yumur.

...Anası Fəxriyyə Ana bu hadisədən bir neçə gün öncə baxdığı filmdə bir səhnə görür: - Qardaşın birini əsgər yola salanda, o biri qardaşın ŞƏHİD olması xəbəri, Cənazəsi gəlir...

Axı aprelin 4-ü ŞƏHİD NURƏDDİNİN qardaşı Nəcməddin də hərbi xidmətə gedəcəkdi. Bu münasibətlə Ailədə şənlik keçirilirdi aprelin 3-ü, fəqət... Günota saatlarında kəndin icra nümayəndəsinə xəbər verirlər ki, kəndinizə ŞƏHİD gəlir...

ALLAH'ın qismətinə bax! Axı necə desin?! Axşam saatlarına qədər Ailəsinə deyə bilmirlər, yalnız böyük əmisinə deyərək gələnə qədər Ata – Anasına deməməyi qərara alırlar.

4 aprel, gecə saat 02:00 radələrində, səs gəlir:

“- Ehtimat! Ehtimat!

- Hə, nə olub!

Dur gəl, NURƏDDİN yaralıdır, gətirirlər...”

Elə bu vaxt içəridən Ananın fəryad səsi gəlir...

...Qarlı bir gecədə, səhər saat 4-5 radələrində ŞƏHİD'in Cənazəsi kəndə gətirilir. Gecə olmasına baxmayaraq bütün Yardımlı Onu qarşılamağa gəlmişdi, maşın və insan axınının sonu görünmürdü... Axı necə də belə qəhrəmanın pişvazına çıxmayasan?!

...O gün kiçik qardaşın əsgər gedəcəkdi.  Qardaşına ən böyük hədiyyəni Sən Elədin ŞƏHİDİM! – Onu yola salmağa  Özün gəldin! Sinənin üstündə də Üçrəngli Müqəddəs Bayrağımızı Ona ərmağan gətirdin...

Daim ucalasan savaş günündə!

Əsgər silahıyla Səni tən görüm.

Yalnız zəfər çalmış ŞƏHİD önündə,

Səni alqış üçün əyilən görüm!(B.Vahabzadə) –

ŞƏHİD NURƏDDİN Bu Müqəddəs Bayrağın daim qürurla dalğalanması üçün Canından keçdi,VƏTƏN uğrunda  ŞƏHİDLİK Şərbətini içdi, Üçrəngli Bayraq isə Ona Şəhadət müjdəsini vermək üçün boynuna sarıldı, qan dolu yanaqlarını öpdü... Bu gün Bu Müqqəddəs Bayraq Sənin keşiyini çəkir, NURƏDDİN, təsəvvür edirSən? -  Bundan böyük xoşbəxtlik varmı görən?!

NURƏDDİN, bu gün qan ağlayan Analar  “nakam Bala!” deyib nalə qoparsa da, əslində bizim aramızda ən Şərafətli, ən Xoşbəxt SənSən! Sən bizim Ocağımızın fəxriSən! Nə xoşbəxtik ki, ALLAH bizim Ocağımıza ŞƏHİDLİK nəsib edib! Sən ən Şərəfli şəkildə dünyadan köçdün, dünyada isə artıq bir Ata-Ana hüdudundan çıxıb VƏTƏNİN, MİLLƏTİN, ÜMMƏTİN OĞLU oldun! Sən və Sənin timsalında bütün VƏTƏN ŞƏHİDLƏRİMİZ bizdə İlahi  bir vəhdət  yaratdınız.Söz veririk, Əmi oğlu! - İn Şa ALLAH bütün torpaqlarımızı azad edəcəyik. Sizlərin qanlarınız yerdə qalmayacaq! Bu gün düşmən bir NURƏDDİNİ ŞƏHİD edirsə, sabah Onun əvəzində biz gənclərin timsalında minlərlə Türk İgidini – NURƏDDİNLƏRİ görəcək!

Sonda, ŞƏHİD NURƏDDİNİN timsalında bütün ŞƏHİDLƏRƏ xitabən:

“Ey bu Torpaqlar üçün torpağa düşmüş Əsgər!

Göydən Əcdad enərək öpsə O pak alnı, dəyər!

Nə böyükSən ki, qanın qurtarıyor Tövhidi!

Bədrin Arslanları ancaq bu qədər Şanlı idi!” (M.A.Ərsoy)

VƏTƏN SAĞ OlSUN! –

Cəbhədə səf çəkən Əsgər Balalar,

Hər anda hücuma keçmək arzular!

Ümüdlə zəfəri gözlər Analar:

“Tək VƏTƏN SAĞ OLSUN, biz ŞƏHİD Verək!”

Şəhidin əmisi oğlu Taleh MİRZƏYEV

Xəbər 1141 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR