Ağsu rayon sakinini vurmaqda şübhəli bilinən sürücü saxlanıldı

Ağsu rayon sakinini vurmaqda şübhəli bilinən sürücü saxlanıldı

Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində idarə etdiyi avtomobillə Ağsu rayon sakinini vurmaqda şübhəli bilinən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, noyabrın 18-də saat 14 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Ağsu rayon sakini Həkim Muradov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törətməkdə şübhəli bilinən "VAZ-21074" markalı avtomobilin sürücüsü, Türkəndi kənd sakini Kənan Məhərrəmov saxlanılıb.
 
Aktual.az
Xəbər 240 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR