Astronavt Ukraynadakı müharibənin kosmosdan necə göründüyündən danışdı

Astronavt Ukraynadakı müharibənin kosmosdan necə göründüyündən danışdı

Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdan alman astronavt Matias Maurer Ukraynadakı müharibənin kosmosdan adi gözlə belə, göründüyünü bildirib.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "Bild" telekanalının efirində danışıb.

"Əvvəlcə ölkədə gecələr tamamilə qaranlıq idi, çünki şəhərlərdə işıqlandırma bütünlüklə azaldılmışdı. Əslində, təkcə Kiyevi tanımaq mümkün idi, onun ətrafındakı bütün ölkə isə başdan-ayağa qaranlıq idi".
Ətraflı

O qeyd edib ki, bir gecə şimşək görüb və bunun raketlər olduğunu anlayıb. Gündüz isə Mariupol kimi şəhərlərin üzərində böyük və qara tüstü dumanları görünürmüş.

"Bu, kosmosdan adi gözlə çox aydın görünürdü. Və o anlarda özümü ölkəyə Almaniyada hiss edəcəyimdən daha yaxın hiss edirdim", - deyə Maurer qeyd edib.

Onun sözlərinə görə, müharibə səbəbindən kosmik stansiyada heç bir mübahisə olmayıb, bütün astronavtlar Ukraynada dəhşətli hadisələrin baş verdiyini qəbul ediblər.
Xəbər 804 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR