Astara rayonunda selin törətdiyi fəsadlar artmaqdadır.
Aktual.az xəbər verir ki, ötən gecə Astara rayonunun Şağlazüzə kəndində Pensər - Şağlazüzə - Şamətük kəndlərini birləşdirən dağlıq yol çöküb. Yolda nəqliyyatın hərəkəti dayanıb.
Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpünü də sel suları dağıdıb.
Ərazidə təmir-bərpa işlərini aparmaq üçün isə öncə, dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.
Xəbər 197 dəfə oxunub.