Astara Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı

Astara Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı

Prezident İlham Əliyev Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Astara rayonunda mühüm infrastruktur layihələri həyata keçirilmiş, əsas kapitala yönəldilən vəsait 110,2 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə investisiya 110,0 dəfə artmış, modul tipli elektrik və qaz-kompressor stansiyaları, Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Gənclər Evi, Boks Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 2 yaşayış binası inşa olunmuş, dənizkənarı park-bulvar kompleksi salınmış, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Evi əsaslı təmir edilmiş, 30 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, Astara şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, "Astara-1" kiçik su elektrik stansiyası istismara verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri emal müəssisələri yaradılmış, 10 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.
Sərəncamda qeyd edilir ki, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3,0 milyon manat ayrılsın.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR