Ağstafada avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Ağstafada avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.
İdarəetmədən çıxan avtomobilin maneəyə çırpılması nəticəsində Ağstafa rayon sakini, 1991-ci il təvəllüdlü Həziyev Elsəvər Natiq oğlu və Mədinə adlı qadın yaralanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 
Faktla bağlı araşdırma aparılır.
Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR